• Bakı 24° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ərdoğan "Mir" ödəniş sistemini müzakirə edəcək

DÜNYA

22 Sentyabr 2022 | 15:28

Ərdoğan "Mir" ödəniş sistemini müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Mir” ödəniş sistemini müzakirə etmək üçün yüksək səviyyəli görüş keçirməyi planlaşdırır.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

“Görüş zamanı Rusiya ilə razılaşmalar, son vaxtlar İstanbul birjasında yaranmış qeyri-sabit və ümumi iqtisadi vəziyyət müzakirə ediləcək. Həmçinin, Qərbin Moskvaya qarşı tətbiq edə biləcəyi mümkün sanksiyalar da nəzərdən keçiriləcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyənin “İş Bankı” və "Dəniz Bankı" Rusiyanın “Mir” ödəniş sistemi ilə işləməyi dayandırmışdı. /Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR