İnsan qaçaqmalçılığı əməliyyatı zamanı Puerto-Rikonun yaşayış olmayan Mona adasına qaçan 100-dən çox miqrant orada köməksiz vəziyyətdə qalıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ səlahiyyətliləri bildiriblər.
Məlumata görə, artıq xilasetmə əməliyyatına başlanılıb. Bu insanların əksəriyyətinin haitili olduğu güman edilir.
Puerto-Riko Təbii Sərvətlər Departamentinin katibi Anais Rodriguez bildirib ki, immiqrant qrupunun 60-ı qadın, 38-i kişi, 3-ü hamilə və 5-13 yaşarası uşaqlardır.
Nuranə Daxilqızı
















