• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İlon Mask: Bizim siyasətimiz söz azadlığıdır

DÜNYA

19 Noyabr 2022 | 09:46

İlon Mask: Bizim siyasətimiz söz azadlığıdır

Amerikalı iş adamı İlon Mask sosial media hesabındakı paylaşımında "Yeni “Twitter” siyasəti söz azadlığıdır, lakin giriş azadlığı deyil" deyib. 

Bakıvaxtı.az xəbər verir ki, dünyanın ən varlı adamı, Tesla və SpaceX-in baş direktoru İlon Maskın 44 milyard dollara aldığı “Twitter”in idarəçiliyini təhvil almasından sonra müzakirələr davam edir.

Rəhbərləri işdən çıxararaq rəhbərliyi öz üzərinə götürən Mask minlərlə işçini ixtisar edib, uzaqdan iş və nahar xidmətini də dayandırıb.

“Twitter”ə qarşı irəli sürülən iddialar və müzakirələrlə bağlı açıqlama verən Mask sosial şəbəkə hesabında belə yazıb: "”Twitter”in siyasəti söz azadlığıdır, giriş azadlığı deyil. Mənfi nifrət tvitləri və monetizasiya silinəcək. “Twitter”ə heç bir reklam və ya digər gəlir gətirilməyəcək. Xüsusi olaraq onu axtarmasanız, tvit tapa bilməyəcəksiniz. Keti Griffin, Jorden Peterson və Babylon Binin hesabları bərpa olunub. Trampın qərarı isə hələ verilməyib”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR