• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kiyev dronlarla vuruldu

DÜNYA

19 Dekabr 2022 | 09:22

Kiyev dronlarla vuruldu

Bu gün səhər Ukraynanın paytaxtı Kiyev yenidən Rusiya ordusu tərəfindən atəşə tutulub.

Bakıvaxtı.az “Strana”ya istinadən xəbər verir ki, şəhərə İran istehsalı “Shahed” kamikadze-dronları ilə hücum edilib. 

Kiyevin meri Vitaliy Kliçko paytaxtın Şevçenko və Solomenko rayonlarında bir neçə partlayışın baş verdiyini qeyd edib. 

İlkin məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb. 

Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə isə, hava hücumundan müdafiə qüvvələri 9 dron zərərsizləşdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026