• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyada neft-qaz yatağında böyük yanğın... - VİDEO

DÜNYA

19 Dekabr 2022 | 00:33 | Müəllif: Subhan Mahmudov

Rusiyada neft-qaz yatağında böyük yanğın... - VİDEO

Rusiyanın İrkutsk vilayətində yerləşən Markovski neft-qaz-kondensant yatağında min kv.m sahəni əhatə edən yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Kobzev deyib.

“Markovskoye neft-qaz-kondensat yatağında yanğın... İlkin olaraq, təxminən 1000 kvadratmetr sahədə yanğın olub. Üçüncü mürəkkəblik dərəcəsi təyin edilib. Ehtimal olunur ki, bir nəfər xəsarət alıb", - Kobzev bildirib.

Məlumata görə, alovlanma yeri Verxnemarkovo kəndindən 2,5 km aralıda yerləşir.

Hadisə yerinə Ust-Kut şəhərindən Fövqəladə Hallar Nazirliyinin Federal Yanğından Mühafizə və Xilasetmə Xidmətinin briqadaları göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026