10 Mart - Milli Teatr Günündə Peşəkar Futbol Liqasına müsahibə verən Afaq Bəşirqızı atası Bəşir Səfəroğlunun "Neftçi" klubuna və futbola sevgisi haqqında danışıb.
Bakıvaxtı.az modern.az-a istinadən xəbər verir ki, Afaq Bəşirqızı atasının futbola evdə təkbaşına baxmasından qorxduqlarını bildirib.
"Atam evdə futbola tək baxan zaman gözlərimizə inana bilmədiyimiz vəziyyətlə qarşılaşırdıq. Atam futbola o qədər aludə olub ki, özü də fərqində olmadan qohumumuza mənzilin əşyalarını aparmaq üçün şərait yaradıb", - deyə A.Bəşirqızı bildirib.