Almaniya Bundesliqası təmsilçisi "Leypsiq" yeni transferini rəsmən açıqlayıb.
Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı buğalar" yarımmüdafiəçi Ezekil Banzuzinin yaydan etibarən komandanın sıralarına qoşulacağını elan edib.
20 yaşlı niderlandlı futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. O, hazırda Belçikanın "Aud-Heverle Loven" klubunda çıxış edir.
"Leypsiq" rəhbərliyi bu transfer üçün bonuslar da daxil olmaqla qarşı tərəfə 15 milyon avro ödəyib.