• Bakı 10° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

16 ildən sonra antirekordunu təkrarladı

İDMAN

09 Aprel 2025 | 09:45

16 ildən sonra antirekordunu təkrarladı

İspaniyanın "Real" klubu UEFA Çempionlar Liqasında (ÇL) 16 ildən sonra antirekordunu təkrarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Madrid təmsilçisinin İngiltərədə "Arsenal"a 1/4 final mərhələsinin ilk oyununda 0:3 hesabı ilə uduzması ilə gerçəkləşib.

"Kral klubu" ÇL-də ardıcıl iki matçda əsas vaxtda qol vura bilməyib. Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv 1/8 final mərhələsinin cavab qarşılaşmasının əsas və əlavə vaxtında "Atletiko"ya uduzub (0:1), daha sonra penaltilər seriyasında (4:2) qalib gəlib.

Qeyd edək ki, "Real" son olaraq 16 il əvvəl, 2009-cu ilin martında, 1/8 final mərhələsinin hər iki görüşündə "Liverpul"a yenilmişdi - 0:1, 0:4.


SON XƏBƏRLƏR