• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Taekvondo millimiz ilk gündə 6 medal qazandı

İDMAN

08 Aprel 2025 | 23:23 | Müəllif: Subhan Mahmudov

Taekvondo millimiz ilk gündə 6 medal qazandı

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında taekvondo yarışlarının ilk günü başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Pojeqa şəhərində təşkil edilən yarışlar Azərbaycan təmsilçiləri üçün uğurlu olub.

Qızlarda Rüqəyya Əliyeva (33 kiloqram) finalda braziliyalı Maria Heloisa de Almeydaya qalib gələrək qızıl medal qazanıb. Mədinə Aslanlı (29 kiloqram) həlledici raundda tailandlı Anya Xansukiyə (Tailand) məğlub olaraq gümüş medal əldə edib. 44 kiloqramda çıxış edən Mehriban İsmayıllı yarımfinalda taypeyli Vui-Ni Çanqa, Gülnaz Abdullayeva (59 kiloqram) isə çinli Du Ruisiyə uduzaraq bürünc medalla kifayətləniblər.

Oğlanlarda Əbil Mehrəli (45 kiloqram) finalda iranlı Martia Şəmsizadəyə, Saleh Heydərov (53 kiloqram) isə yarımfinalda braziliyalı idmançıya məğlub olub. Təmsilçilərimiz müvafiq olaraq, gümüş və bürünc medallara sahib çıxıblar.

Oğlanlarda Sabir Məmmədli (33 kiloqram), Nicat Nadirov (41 kiloqram), qızlarda isə Aysu Aslanlı (41 kiloqram) və Həqiqət Ələsgərli (51 kiloqram) mübarizəni 1/4 finalda dayandırıblar.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da daha 10 taekvondoçu ilə mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026