• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

AFFA dörd klubu cərimələdi

İDMAN

30 Oktyabr 2024 | 12:43

AFFA dörd klubu cərimələdi

AFFA İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən dörd klubu cərimələyib.

Bakıvaxtı.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz" XI turda "Kəpəz"ə qalib gəldiyi (2:1) matçda beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Gəncə klubu da eyni sayda oyunçusu vərəqə gördüyünə görə həmin məbləğdə ziyana düşüb. Komitə "sarı-göylər"ə əlavə olaraq 500 manat cərimə də kəsib. Buna Dioqo Verdaskanın ikinci sarı vərəqənı alaraq meydandan qovulması səbəb olub. Futbolçuya bir oyunluq cəza tətbiq edilib.

"Səbail" və "Sumqayıt" klubları da 700 manat cərimələniblər. "Gənclik şəhəri" təmsilçisinin qələbə qazandığı (1:0) görüşdə hər iki komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026