ABŞ hakimiyyəti keçmiş prezident Donald Trampın məhkəməsi ilə bağlı yarana biləcək iğtişaşlara hazırlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Piyer deyib.
"Mən buradan hipotetik ssenarilərin müzakirəsinə girməyəcəyəm. Keçən həftə dediklərimi təkrarlayacam: Hazırıq", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp barəsində qiyabi həbs qərarı verilib.
















