• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Şəntopdan ukraynalılara sərt REAKSİYA... - VİDEO

DÜNYA

04 May 2023 | 20:48 | Müəllif: Subhan Mahmudov

Şəntopdan ukraynalılara sərt REAKSİYA... - VİDEO

Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının (QDİƏT) Zirvə toplantısında Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyətinin çıxışına müdaxilə etməyə cəhd göstərib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda sədr qismində iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Ukrayna tərəfinin bu cəhdinin qarşısını alıb.

Belə ki, Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Olqa Timofeyevanın çıxışı zamanı Ukrayna nümayəndə heyəti bayraqla etiraz təşəbbüsü edib.

Timofeyeva çıxış edərkən Ukrayna nümayəndə heyətinin üzvləri onun arxasında dayanaraq, ultra-millətçi Sağ Sektor təşkilatının bayrağını açıb və Rusiya əleyhinə şüarlar səsləndirib. Rusiya tərəfi ukraynalıların bu hərəkətinin qarşısını almağa çalışarkən tərəflər arasında qısamüddətli mübahisə yaranıb.

TBMM sədri Ukrayna heyətinin davranışına sərt reaksiya verib.

“Bu iclası kiminsə pozmasına icazə vermərəm. Hər kəs öz fikrini bildirə bilər, buna heç bir maneə yoxdur. Amma bu cür hərəkətlər edilsə, belə görüşlər parlament iclası olmaqdan çıxacaq. Gedin bunu küçədə edin. Burada icazə vermirəm", - M.Şentop deyib.

İclasda fasilə verən M.Şentop qaydaları pozan tərəfin zaldan çıxarılmasını tələb edib. O, söz verilmədən danışmaq istəyənlərin də çölə çıxarılacağını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026