• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Belarusun xarici işlər naziri Rusiyaya gedəcək 

DÜNYA

04 May 2023 | 18:00

Belarusun xarici işlər naziri Rusiyaya gedəcək

Belarusun xarici işlər naziri Sergey Aleynik Rusiyaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Minskdəki səfiri Boris Qrızlov məlumat verib.

Səfir qeyd edib ki, rəsmi səfər 16-17 may tarixlərində baş tutacaq.

Aleynikin səfər çərçivəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü gözlənilir.

Diplomat onu da əlavə edib ki, səfər zamanı hər iki ölkənin XİN nümayəndələrinin məhdud və geniş tərkibdə görüşləri nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR