• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsveç Quranı yandıran barəsində həbs qərarı verdi

DÜNYA

04 May 2023 | 22:34 | Müəllif: Subhan Mahmudov

İsveç Quranı yandıran barəsində həbs qərarı verdi

İsveç Prokurorluğu ifrat sağçı, İslama qarşı düşmən münasibəti ilə tanınan, Türkiyə səfirliyi önündə “Qurani-Kərim”i yandıran Rasmus Pauldanın qiyabi həbsi ilə bağlı qərar çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.

Belə ki, R.Pauldan İsveç sərhədini keçən anda hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaq.

Qeyd edək ki, R.Pauldan Türkiyənin İsveçdə və Danimarkadakı səfirlikləri qarşısında Quranı yandıraraq böyük gərginliyə səbəb olmuşdu.

Hazırda o, Danimarkada yaşayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR