Ağdamda 23 yaşlı İlkin Hacıyev itkin düşüb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə sentyabrın 26-da rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1999-cü il təvəllüdlü Hacıyev İlkin Təyyar oğlu özünə məxsus olan "Hyundaı" markalı avtomobillə yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır/report.az/.
















