• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

DƏHŞƏTLİ QƏZA - Ölü və yaralı var

HADİSƏ

02 Noyabr 2022 | 09:27

DƏHŞƏTLİ QƏZA - Ölü və yaralı var

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Malbinəsi kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Pərvin Məhərrəmovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə 1980-ci il təvəllüdlü Samir Səfərovun idarə etdiyi "Nissan Maxima" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ 2106" markalı avtomobildə olan sərnişin, 1966-cı il təvəllüdlü Həqiqət Məhərrəmova hadisə yerində ölüb. Daha 3 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026