• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Əri və oğlu qətlə yetirilərkən yaralanan qadın xəstəxanada öldü - YENİLƏNİB

HADİSƏ

01 Dekabr 2022 | 16:22

Əri və oğlu qətlə yetirilərkən yaralanan qadın xəstəxanada öldü - YENİLƏNİB

TƏBİB Buzovnada iki gün əvvəl evə basqın zamanı bıçaqlanan qadının xəstəxanada ölməsi barədə məlumat yayıb.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumatda bildirilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsində 29.11.2022-ci il tarixində baş verən hadisə nəticəsində xəsarət alaraq TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə yerləşdirilən 1945-ci il təvəllüdlü Şahirə Muradova 01.12.2022-ci il saat 03:00 radələrində tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Qeyd edilib ki, eyni hadisə nəticəsində xəsarət alan 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə zəruri tibbi xidmətlər aldıqdan sonra həkimlərin rəyi ilə evə buraxılıb.
 

15:46

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində əri və oğlu qətlə yetirilərkən yaralanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, o, müalicə aldığı tibb müəssisəində dünyasını dəyişib.

Bununla da evə basqında ölənlərin sayı 3-ə çatıb.

Faktı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Yaralılardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür. /Qafqazinfo


SON XƏBƏRLƏR

26 Aprel 2024