• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Aİ-nin Ermənistanla bağlı strategiyası: Sülhün möhkəmlənməsi adı ilə...

SİYASƏT

30 Noyabr 2023 | 10:22

Aİ-nin Ermənistanla bağlı strategiyası: Sülhün möhkəmlənməsi adı ilə...

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının nümayəndələri Ermənistanda səfərdə olub. Səfər ərəfəsində Aİ-Ermənistan münasibətləri, əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün mümkün istiqamətlər, o cümlədən Ermənistanın Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin bütün potensialından necə istifadə edə biləcəyi müzakirə olunub.

Səfər zamanı nümayəndə heyətinə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İnvestisiya Bankının (AİB) və AB Xarici Sərhəd Təhlükəsizliyi Agentliyinin nümayəndələri də qoşulublar. Aİ ilə Ermənistan arasında investisiyaların əlaqələndirilməsi platformasının işə salınması elan edilib.

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistanla bağlı uzunmüddətli strategiyası var və bu strategiya hələ 44 günlük müharibədən öncə açıqlanmışdı.

Analitikə görə, bu, təkcə Ermənistanla yox, eyni zamanda Cənubi Qafqazla bağlı olan strategiyadır: "Strategiya əsasında Avropa İttifaqı Ermənistana 2,6 milyard avro pul ayırmalı idi. Bu strategiya təxminən 2019-20-ci illərdə açıqlanıb. Lakin sonrakı hadisələr, yəni pandemiya, müharibə, müharibədən sonrakı proseslər bu strategiyanın reallaşmasını əngəllədi. İndi görünür ki, yenə həmin planı yerinə yetirməyə qayıdıblar və müəyyən addımlar atmağa cəhd göstərirlər”.

Onun sözlərinə görə, bu illər ərzində regionda və dünyada vəziyyət dəyişib. Ermənistan-Rusiya qarşıdurması və İrəvan-Bakı münasibətlərinin tənzimlənməsi fonunda Qərb bu strategiyaya müəyyən korrektələr edir: “Ermənistanla Aİ-nin əməkdaşlığı onların öz işidir. Lakin son vaxtlar Avropa İttifaqı tərəfindən Azərbaycana qarşı səslənən bəyanatlar fonunda Qərbin İrəvan yönəlik addımlarına birmənalı yanaşma mümkün deyil. Sülhün möhkəmlənməsi adı ilə Ermənistana Avropa İttifaqı Sülh Fondundan maliyyə ayrılmasına qərar verilib. Bilirik ki, həmin Fond təkcə hərbidən kənar məsələlərə pul ayırmır. Son vaxtlar Ermənistanın hərbi büdcəsi çoxalır və istisna etmək olmaz ki, həmin bu pullar ünvanlı şəkildə hərbi büdcəyə yönələcək".

İlqar Vəlizadə: Hazırda Avropa-Ermənistan münasibətləri narahatlıq doğurur

İ.Vəlizadə vurğulayıb ki, Avropa İttifaqı Ermənistanda fəaliyyət göstərən Aİ-nin xüsusi missiyasına da pul ayırmaq niyyətindədir: "Missiyanın tərkibini genişləndirmək istəyirlər. Həmin missiya Azərbaycan sərhədlərində monitorinq aparır və missiyanın tərkibində keçmiş hərbçilər, xüsusi xidmət orqanlarının nümayəndələri və polislər yer alır. Bunların fəaliyyəti də çoxlu suallar meydana çıxarır. Ona görə də hazırda Avropa-Ermənistan münasibətləri narahatlıq doğurur".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024