• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Bundan itirən məhz Fransa olacaq - AÇIQLAMA

SİYASƏT

29 Dekabr 2023 | 16:03 | Müəllif: Qalib İbrahimoğlu

Bundan itirən məhz Fransa olacaq - AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edilib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilib ki, rəsmi Paris Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona-non-qrata” (arzuolunmaz şəxs) elan etməsi ilə bağlı qərarını nəzərə alıb. Ümumən, son dövrlər Makron Adminstrasiyasının yeritdiyi yarıtmaz siyasət nəticəsində Paris-Bakı əlaqələri kifayət qədər kəskinləşib. Fransa rəhbərliyi davamlı olaraq Azərbaycan əleyhinə fəaliyyət sərgiləməkdədir.

Millət vəkili Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, təəssüf ki, Fransa baş verənlərdən nəticə çıxarmaq əvəzinə ölkəmizə qarşı təxribatlarına davam edir və bu gün də düşmən mövqeyindən addımlar atır.

Deputatın sözlərinə görə, əslində, Azərbaycan uzun müddətdir Fransaya izah etməyə çalışır ki, onun bölgəyə müdaxiləsi heç bir effekt verməyəcək: "Azərbaycan sona kimi öz prinsipiallığını və qətiyyətini qoruyub saxlayacaq. Fransa kəşfiyyatının Azərbaycanda pozucu fəaliyyəti aşkarlanandan sonra Azərbaycanın belə bir qərar qəbul etməsi doğru idi. Həmin iki şəxs pozuculuq fəaliyyətlərinə, beynəlxalq hüququn normalarını pozduqlarına görə Azərbaycandan çıxarıblar. Amma Fransadan bizim iki diplomatın çıxarılması heç nəyə əsaslanmır. Sırf Fransa Azərbaycana cavab olaraq belə bir qərar qəbul edib. Bu, bir daha Fransanın nə qədər riyakar, qərəzli, ikiüzlü olduğunu açıq-aşkar göstərir”.

C.Məmmədov bildirib ki, Azərbaycana gəldikdə isə Bakı üzərinə düşəni edib, edir və edəcək. Sona kimi öz məqsədimizə nail olmaq üçün çalışacağıq: “Bizi bu yoldan heç nə çəkindirməyəcək və Fransa da bunu nəzərə almalıdır. Nəzərə almadığı təqdirdə, bundan ən çox əziyyət çəkən, itirən məhz Fransanın özü olacaq. Biz haqlı olduğumuzu bilirik və Fransanın bizimlə qərəzli düşmənçilik etdiyini anlayırıq. Amma bunun bizim üçün hansısa mənti nəticəsinin olmayacağından tam əminik".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR