• Bakı 27° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Ali Rada Ukrayna Nazirlər Kabinetinin istefasını dəstəkləyib

DÜNYA

16 Iyul 2025 | 16:31

Ali Rada Ukrayna Nazirlər Kabinetinin istefasını dəstəkləyib

Ukrayna Ali Radası baş nazir Denis Şmıqalın rəhbərlik etdiyi Nazirlər Kabinetinin istefasını dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Məlumata görə, qərarın lehinə 261 deputat səs verib. Ümumilikdə səsvermədə 320 deputat iştirak edib. Onlardan dördü bitərəf qalıb, 55 nəfər isə səsvermədə iştirak etməyib.

Qeyd olunub ki, iyulun 17-də Şmıqal müdafiə naziri təyin ediləcəyi, baş nazir postuna isə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko gətiriləcəyi gözlənilir.

Mina Mikayılova


SON XƏBƏRLƏR