Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Alyaskada ikitərəfli əməkdaşlığın, o cümlədən ticarət-iqtisadi sahədə əməkdaşlığın gələcək inkişafını müzakirə edəcəklər.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
"İkitərəfli əməkdaşlığın, o cümlədən ticarət-iqtisadi sahədə gələcək inkişafı ilə bağlı fikir mübadiləsi gözlənilir. Bu əməkdaşlığın çox böyük potensialı var, təəssüf ki, hələ də istifadə olunmayıb", - Uşakov jurnalistlərə bildirib.
O, bundan əvvəl sammitin əsas mövzusu kimi Ukrayna nizamlanmasının adını çəkmişdi.
Gülşən Şərif