• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Amerikada 130 QƏZET BAĞLANIB: Yerli mətbuatın yox olması sürətlənir

MEDİA

07 Yanvar 2024 | 09:18

Amerikada 130 QƏZET BAĞLANIB: Yerli mətbuatın yox olması sürətlənir

Amerikada 2023-cü ilə qədər 130-dan çox qəzet ya bağlanıb və ya mənimsənilib.

Bakıvaxtı.az Fransanın “Lemonde.fr” saytına istinadən xəbər verir ki, bu barədə San Fransiskodan olan müxbir Korin Lesnes öz təhlilində yazıb. O qeyd edib ki, hazırda hər beş amerikalıdan biri məlumatsızlıq zonasında yaşayır.

ABŞ-da yerli mətbuatın yox olması sürətlənir. “Northwestern University”dəki (Illinois) jurnalistika məktəbinə görə, 2022-ci ilə qədər yerli qəzetlər həftədə iki dəfə bağlanırdı. 2023-cü ildə orta hesabla 2,5 həftəlik bağlanma müşahidə olunur.

Universitetin noyabr ayında nəşr olunan illik hesabatında qeyd olunur ki, 2023-cü ildə 130-dan çox qəzet ya bağlanıb və ya mənimsənilib. Bir çox ekspertin fikrincə, bu fenomen Amerika demokratiyasının hazırkı yaraları - dezinformasiya, korrupsiya, qütbləşmə ilə bağlıdır.

İyirmi ildən az müddətdə Amerika qəzetlərinin dörddə biri sıradan çıxarılıb. Ölkənin 3143 əyalətindən 200-ü indi “xəbər səhraları” hesab olunur. Onların artıq yerli qəzetləri yoxdur. Hər beş amerikalıdan biri bu az məlumat zonalarından birində yaşayır.

Aydın Baxış


SON XƏBƏRLƏR

01 Dekabr 2024