2023-cü il bir sıra hadisələr baxımından Azərbaycan tarixi üçün əlamətdar oldu. Ərazi suverenliyimizin tam bərpası, ictimai-siyasi vəziyyət, iqtisadiyyatın dinamik inkişafı fonunda bir çox hadisələr baş verdi.
Bu hadisələrin cəmiyyətə çatıdırılmasında isə media nümayəndələrinin fəaliyyəti əvəzedilməzdir. Jurnalistlərin fəaliyyətinin geniş bir hissəsinin isə qurumların mətbuat xidmətləri ilə iş təşkil edir.
Bəs Azərbaycan media mənsubları 2023-cü ildə hansı qurumun mətbuat xidmətinin iş prinisplərini daha çox təqdir edir və hansı mətbuat xidmətləri daha operativdir?
Bakıvaxtı.az xəbər verir ki, milli.az bununla bağlı sorğu keçirib. Jurnalistlər arasında keçirilən sorğuya əsasən fərqlənən mətbuat xidmətlərinin ilk onluğunu təqdim edirik:
1. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev
2. Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova
4. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Metin Hüseynov
5. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev
6. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə Əliyeva
7. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev
8. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
9. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Azər Sarıyev
10. Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəhbəri Natavan Bayramova