• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Natiq Məmmədli MEDİA-nın icraçı direktorunun müavini oldu

MEDİA

26 Yanvar 2024 | 15:09

Natiq Məmmədli MEDİA-nın icraçı direktorunun müavini oldu

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda Medianın İnkişafı Agentliyinin 2023-cü il üzrə fəaliyyətinə dair illik hesabat Müşahidə Şurasının diqqətinə təqdim edilib və qəbul olunub, görülən işlər, habelə islahatların gələcək mərhələləri və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Agentliyin Nizamnaməsinə uyğun olaraq İcraçı direktorun təqdimatı əsasında Natiq Məmmədlinin İcraçı direktorun müavini vəzifəsinə təyin edilməsi məsələsi səs verməyə çıxarılıb və təsdiq olunub.

Bununla yanaşı, Müşahidə Şurası Medianın İnkişafı Agentliyinin strukturunu təsdiqləyib və Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılması barədə qərar qəbul edib.


SON XƏBƏRLƏR

26 Aprel 2024