• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

MEDİA-nın beşinci könüllülük proqramı yekunlaşdı - FOTOLAR

MEDİA

02 Fevral 2024 | 17:25

MEDİA-nın beşinci könüllülük proqramı yekunlaşdı - FOTOLAR

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin  beşinci könüllülük proqramı uğurla yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, 2023-cü ilin sentyabr - dekabr aylarını əhatə edən proqramın məqsədi gəncləri media mühitində daha fəal iştiraka cəlb etmək, bilik və bacarıqlarını artırmaq, onların fərdi inkişafını təmin etməkdən ibarət olub. Proqram çərçivəsində könüllülər 30-dan çox fərdi və peşəkar inkişaf təlimlərində, 40-dan çox yerli və beynəlxalq tədbirlərdə, müxtəlif sosial aksiyalar və layihələrdə, eyni zamanda Agentlik tərəfindən təşkil edilən “Media savadlılığı” həftəsi üçün podkast çəkilişlərində iştirak ediblər. Həmçinin, könüllülər “MEDİAlab” layihəsi çərçivəsində media səfirləri kimi universitetlərdə fəaliyyət göstərərək, layihənin təşkilində mühüm rol oynayıblar.

Beşinci könüllülük proqramının nəticələri ilə əlaqədar 2 fevral - Azərbaycan Gəncləri Günündə MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, könüllülərin bu proqramda əldə etdikləri bilik və bacarıqlar, qazandıqları təcrübə onların şəxsi inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayacaq, gələcək fəaliyyətləri üçün stimul yaradacaq.

Görüşdə proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.


SON XƏBƏRLƏR

26 Aprel 2024