• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Abzas Media” fəaliyyətini Avropadan davam etdirəcək

MEDİA

02 Fevral 2024 | 10:22

“Abzas Media” fəaliyyətini Avropadan davam etdirəcək

“Abzas Media” fəaliyyətini Avropadan davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə adıçəkilən mətbuat orqanının yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, “Abzas Media” işi üzrə ötən il noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər.


SON XƏBƏRLƏR

26 Aprel 2024