• Bakı 19° C

    2.12 m/s

"Anbarın yaxınlığında partlayış oldu" - Ölən var

DÜNYA

13 Sentyabr 2023 | 13:33

"Anbarın yaxınlığında partlayış oldu" - Ölən var

Rusiyanın Saratov vilayətinin Engels şəhərində sənaye müəssisəsində partlayış baş verib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Saratov vilayətinin prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, sentyabrın 13-də səhər saatlarında qaynaq işləri zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində yanar maddələrin saxlandığı anbarın yaxınlığında partlayış baş verib, nəticədə 1 nəfər ölüb”, - məlumatda qeyd edilib.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. Şəhər prokuroru Dmitri Juravlev hadisə yerinə gedib.

“Partlayışdan sonra baş vermiş yanğının sahəsi 800 kvadratmetr olub. Yanğın söndürülüb”, - Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR