• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

APA-nın komitə iclasında 8 qətnamə layihəsi təsdiqlənib

SİYASƏT

20 Fevral 2025 | 10:00

APA-nın komitə iclasında 8 qətnamə layihəsi təsdiqlənib

Asiya Parlament Assambleyasının (APA) Siyasi məsələlər daimi komitəsi 8 qətnamə qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar AP-nın) 15-ci Plenar Sessiyası çərçivəsində keçirilən Siyasi məsələlər daimi komitəsinin iclasında qəbul olunub.

Siyasi məsələlər daimi komissiyasının qətnamə layihələrinə yaxşı İdarəetmə, qanunun aliliyi və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin artırılması, yaxşı parlament təcrübələri və Asiyada dostluq və əməkdaşlıq yolu ilə rifahın qurulması daxildir.

Eyni zamanda bura Asiya Parlamentləri və Hökumətlərinin Asiyada tərəqqi naminə birlikdə olması və demokratiya yolu ilə harmonik inkişaf, Asiya Parlamentlərinin Fələstin xalqına sarsılmaz dəstəyi və çoxtərəfliliyi qorumaq və təşviq etmək üçün Asiya Parlament Assambleyasının üzvləri arasında əməkdaşlığın genişləndirilməsinə dair qətnamə layihələri daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026