• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Aqil Abbas Ağdama köçəcək

CƏMİYYƏT

27 Fevral 2024 | 11:46

Aqil Abbas Ağdama köçəcək

 “İlk növbədə ev şəraiti yaxşı olmayanlar, yataqxanalarda yaşayanlar Ağdama köçürüləcək”.

Bu sözləri millət vəkili Aqil Abbas Ağdamın bərpası və ora gözlənilən köçlə bağlı Bakıvaxtı.az-a danışarkən deyib.

Onun sözlərinə görə, çox güman ki, sonra şəhərdə, müxtəlif yerlərdə, qəsəbələrdə yaşayanlar köçürüləcək.

Aqil Abbas Ağdama köç başlayanda doğma yurda dönəcəyini vurğulayıb:

“Xanımımla razılaşmışıq. Biz də gedib Ağdamda yaşayacağıq. İnşallah ki, belə də olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Ağdama ilk köçün gələn il başlanacağını bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıblar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq.

Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlət başçısı deyib: “Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni, quruculuq işləri geniş vüsət alır”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR