• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

FHN: Ötən sutka 31 yanğına çıxış olub, 4 nəfər xilas edilib

CƏMİYYƏT

28 Mart 2024 | 10:37

FHN: Ötən sutka 31 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024