• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Xocalıya köçənlərdən biri də mən olacam - Deputat

CƏMİYYƏT

28 Mart 2024 | 10:50

Xocalıya köçənlərdən biri də mən olacam - Deputat

“32 ildir Xocalıda yaşamağın həsrət ilə yaşayıram”.

Bunu Xocalıdan olan millət vəkili Elman Məmmədov Xocalıya köçlə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib. 

Deputatın sözlərinə görə, bu köç davamlı olacaq:

“Hazırda 500-dən çox evdə yaşayışın təmin edilməsi üçün bütün infrastrukturu hazır vəziyyətə gətirilib, sürətli işlər aparılır. Dünən Xocalıda işləyənlərlə əlaqə saxlamışam. Bizim evin tikintisi hazırda davam edir. Çox güman ki, o birinci köç başlayana qədər hazır olmayacaq. İkinci mərhələni səbirsizliklə gözləyirəm. Evim hazır olacaq və Xocalıya köçənlərdən biri də mən olacam”.  

Qeyd edək ki, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov ötən gün  jurnalistlərə açıqlamasında hazırda Xocalıda təmizlik işlərinin başa çatmaq üzrə olduğunu bildirib. İcra başçısının sözlərinə görə, may ayının sonu, iyun ayının əvvəllərində Xocalıya ilk köç nəzərdə tutulub.

Birinci 50 ailə öz doğma el-obalarına qayıdacaq. Daha sonra davamlı olaraq köç olacaq.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Aprel 2024