• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Aqil Abbas: Zəngəzur dəhlizi ya açılacaq, ya da açılacaq... - MÜSAHİBƏ

MÜSAHİBƏ

18 Iyun 2025 | 14:57

Aqil Abbas: Zəngəzur dəhlizi ya açılacaq, ya da açılacaq... - MÜSAHİBƏ

Millət vəkili Aqil Abbas Bakıvaxtı.az-a müsahibə verib.

Söhbəti təqdim edirik.

- İsrail-İran müharibəsi Azərbaycana hansı təhlükələr vəd edir və rəsmi Bakı bu prosesləri necə önləməlidir?

- Əvvəla, bizim xalq və dövlət sülh istəyir, möhtərəm prezident sülhsevər insandır. Bu işdə yolumuzu uğurla davam etdiririk. Dünyaya sülhsevər olduğumuzu sübut edirik. Biz də istiəyərik ki, müharibələr olmasın, hər proses diplomatik yolla həllini tapsın.

İsrail dostumuzdur, həmişə çətin zamanlarda yanımızda olub, İran da qapıbir qonşumuzdur. Orada da 40 milyon azərbaycanlı yaşayır. Qonşuya od düşməsini istəmirik, çünki həmin od bizə də sıçraya bilər. Ona görə də məsələnin diplomatik yolla həllində maraqlıyıq. Bunların hamısı diplomatiyanın işidir.

- Amma görünür, kürəsəl diplomatik korpuslar işlərini düzgün qura bilmirlər?

- Dünyanın yiyəsi yoxdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) fəaliyyəti yoxdur. Onun xidmətləri olsa, bu müharibələr, dava-dalaş olmaz. BMT heç kəsə lazım olmayan təşkilatdır. BMT Qarabağın işğalı ilə bağlı 4 qətnamə çıxardı, amma yerinə yetirə bilmədi, axırda Ali Baş Komandan özü o qətnaməni yerinə yetirdi.

Əvvəl-axır müharibələr sülhə bitir. İsrail İranı, İran da İsraili “vurur”, dinc əhali - yaşlılar, uşaqlar qırılır. Yəqin bir həftədən sonra hər şey həll olunacaq. Azərbaycan da özünün balanslı siyasətini yürüdəcək və məsələnin diplomatik yolla həlli üçün səylər göstərəcək.

- Qeyd etdiniz ki, İran qapıbır qonşumuzdur. Amma bu qapıbir qonşumuz əleyhimizə az işlər görməyib...

- Hər ölkənin öz marağı var. Onlar ermənilərlə bacı-qardaşdırlar, amma buna mən bir şey edə bilmərəm. Bütün hallarda istəmərəm ki, qonşumda, ümumilikdə dünyanın hər hansı bir yerində müharibə, dinc əhalinin qırılması və od-alov olsun.

- İddialar var ki, Zəngəzur dəhlizinin açılmasını istəməyən ölkələrdən biri də İrandır. İndi də İranın başı özünə qarışıb və sözügedən dəhlizin açılması üçün tarixi fürsət yaranıb. Sizcə, fürsəti fövtə verməyib, dəhlizi açmaq mümkündürmü?

- Zəngəzur dəhlizinin açılması diplomatik yolla mümkün olacaq. Ermənistan buna məcburdur, çünki erməni xalqı və Ermənistan yaşamaq istəyir. Ermənistan blokadada nə qədər yaşaya bilər? Dəhliz açılsa, bu, erməni xalqına xeyirdir, Türkiyə ilə də sərhədlər açılacaq və bizimlə də qonşuluq münasibətləri düzələcək. Türklərin bir sözü var: Dəhliz ya açılacaq, ya da açılacaq.

- Türkiyə və Azərbaycan arasında dostluq, mehribanlıq və strateji tərəfdaşlıq var. Amma qardaş ölkədə bəzən Azərbaycan-İsrail münasibətləri fonunda Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışanlar var...

- Belə qüvvələr həmişə olacaq. Türkiyədə etnik qüvvələr mövcuddur, özləri türk olsalar da, ya ermədilər, ya da başqa millət. Onlar Türkiyə ilə Azərbaycanın arasına “su salmaq” istəyirlər. Amma arzularına çatmaycaqlar. Onlar məzhəb davası edirlər, belələri bizdə də var. Onlar ayrı-ayrı fərdlərdir. Türkiyədə hansısa jurnalist və ya köşə yazarları nəsə yazırlar. Birincisi, İsrail Azərbaycanla müttəfiqdir, ikincisi də bizim kimə nə satıb, nə almağımız bizm daxili məsələmizdir. Azərbaycan müstəqi ölkədir, nəyisə alanda da, satanda heç kimdən soruşmur. Bu, Azərbaycan dövlətinin işidir.

Aydın Baxış


SON XƏBƏRLƏR