Rusiya xarici işlər naziri Sergey Lavrov İsrail və İran arasında atəşkəs barədə tələsik nəticə çıxarmamağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Primakov qiraətləri" forumunda bildirib.
Lavrov qeyd edib ki, orada baş verən hadisələr barədə dəqiq təsəvvür əldə etmək çətindir.
Bununla belə, Rusiya XİN başçısı ölkəsinin atəşkəsə gətirib çıxaracaq istənilən razılaşmaları alqışladığını söyləyib.
"Tam olmayan məlumatlara əsaslanaraq tələsik nəticə çıxarmayaq. Amma biz sülh tərəfdarıyıq!", Lavrov vurğulayıb.