• Bakı 15° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Avropa Komissiyası: Ukrayna xalqı tələb etməyənə qədər ölkədə seçkilərə ehtiyac yoxdur

DÜNYA

28 Mart 2025 | 17:12

Avropa Komissiyası: Ukrayna xalqı tələb etməyənə qədər ölkədə seçkilərə ehtiyac yoxdur

Ukrayna xalqı tələb etməyənə qədər ölkədə prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Zelenski demokratik yolla seçilib və əgər Ukrayna xalqı seçki tələb etmirsə, "başqa heç kim onun keçirilməsini tələb etməməlidir".

Ukrayna ilə ABŞ arasında resurslar haqqında sazişə toxunan nümayəndənin sözlərinə görə, Avropa Komissiyası Kiyevə bildirib ki, bu saziş Ukraynanın üzvlük prosesi çərçivəsində Avropa İttifaqı (Aİ) qarşısında öhdəliklərini yerinə yetirməsi baxımından təhlil edilməlidir.

P.Pinyo qeyd edib ki, Avropa Komissiyası ABŞ ilə sazişin bağlanmasının nəticələri ilə bağlı Kiyevlə məsləhətləşmələr aparmağa açıqdır.


SON XƏBƏRLƏR

30 Mart 2025