• Bakı 22° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Avropa təhlükə ilə üz-üzə

DÜNYA

13 Sentyabr 2021 | 14:59

Avropa təhlükə ilə üz-üzə

Avropa gələn qış qaz çatışmazlığı ilə üzləşəcək.

Bakıvaxt.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Xoxşteyn deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın Avropa bazarına kifayət qədər yanacaq tədarük etməməsi ilə əlaqədardır. Nəticədə qiymətinin artmasına səbəb olub:"Yanvar-fevral aylarında əsl soyuq qış olarsa, tədarükünüz tükənə bilər. Bu da məni narahat edir".

O, Avropanın tədarükün azalması təhlükəsi ilə yeni bir qış dövrünə başladığını qeyd etdi.

Daha əvvəl Avropada qaz qiymətlərinin yeni bir maksimuma çatdığı bildirilmişdir. Ötən həftə Avropada hərraclar zamanı qazın qiyməti min kubmetr üçün 710 dolları keçib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026