• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Avtomobil qadını vuraraq öldürdü

HADİSƏ

20 Sentyabr 2022 | 09:24

Avtomobil qadını vuraraq öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə sentyabrın 19-u saat 22:40 radələrində paytaxtın Nizami rayonu, Q Qarayev prospektində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1994-cü il təvəllüdlü Məmmədov Sabir Sahib oğlu idarə etdiyi "Haval" markalı avtomobillə şəxsiyyəti məlum olmayan 30-35 yaş arası piyada qadını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026