• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Axtarışda olan 24 nəfər saxlanıldı

HADİSƏ

08 Yanvar 2024 | 09:14 | Müəllif: Qalib İbrahimoğlu

Axtarışda olan 24 nəfər saxlanıldı

Yanvarın 7-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 43 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026