• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Deputatlığa namizəd silahlı hücuma məruz qaldı

 

HADİSƏ

06 Fevral 2024 | 12:10

Deputatlığa namizəd silahlı hücuma məruz qaldı

Pakistanda parlament seçkilərində namizədliyi irəli sürülən Pakistan Xalq Partiyasından olan Seyid Zülfiqar Əli Şah silahlı hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Express Tribune” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, namizəd Sind əyalətinin Mirpur Xas şəhərində bir qrup yaraqlının silahlı hücumuna məruz qalıb.

Qeyd edilib ki, nəticədə xəsarət alan siyasətçi xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, daha əvvəl Xub şəhərində Pakistan Xalq Partiyasının namizədi Mir Əli Həsən Zehrinin seçkiqabağı qərargahında partlayış baş verib. Partlayış nəticəsində 3 uşaq da xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026