• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tovuzda avtomobil dərəyə yuvarlandı, baba və nəvəsi öldü

HADİSƏ

07 Mart 2024 | 09:12 | Müəllif: Qalib İbrahimoğlu

Tovuzda avtomobil dərəyə yuvarlandı, baba və nəvəsi öldü

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Çobansığnaq kəndində qeydə alınıb. Belə ki, Həsənov Ramiz Abbasəli oğlunun idarə etdiyi “Niva” markalı avtomobil Tovuz-Çobansığnaq avtomobil yolunun nahamar olan dağlıq hissəsində hərəkətdə olarkən idarəetməni itirərək hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü Həsənov Ramiz və nəvəsi 15 yaşlı Həsənli Cavidan İlqar oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026