• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Daşkəsəndə məktəbdə 56 min manatlıq mənimsəmə

HADİSƏ

05 Aprel 2024 | 16:42 | Müəllif: Qalib İbrahimoğlu

Daşkəsəndə məktəbdə 56 min manatlıq mənimsəmə

Daşkəsəndə təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a rayon prokurorluğundan bildirilib.

Verilən məlumata görə, Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

    Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Noyabr 2026