• Bakı 16° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

"Yasamal"da maşın dərəyə aşdı: ölən var

HADİSƏ

04 May 2024 | 21:13

Yasamalda maşın dərəyə aşdı: ölən var

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun "Yasamal" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadalarının əməkdaşları cəlb olunub.


SON XƏBƏRLƏR

17 May 2024