• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı

HADİSƏ

07 Mart 2024 | 08:38 | Müəllif: Qalib İbrahimoğlu

Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı

Narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, “Opel” markalı avtomobilin sürücüsü Anar Zamanov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən A.Zamanovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Son bir ayda bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 33 sürücü barəsində intizam tədbiri görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026