İzmirdə taksidə öldürülən Oğuz Ergeninailəsi üçün başladılan yardım kampaniyasında qısa müddətdə 4,4 milyon lirə yığılıb.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bir şirkət isə Ergenin ailəsi üçün ev alıb.
Ergenin ailəsinə edilən yardıma vasitəçilik edən “Oh Be Dünya Varmış” dərnəyinin rəhbəri Esra Özcan vətəndaşların bu addımını yüksək qiymətləndirib:
"İnsanlara kömək etmək gözəl hissdir və xalqımız bir-birinə kömək etməkdə çox fədakardır".
Qeyd edək ki, taksi sürücüsü Oğuz Ergen yanvarın 31-də soyuq havada üşüməsin deyə maşınına mindirdiyi müştərisi tərəfindən odlu silahla vurulub.
Günəş Mərd
















