• Bakı C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0184

Axtarışda olan min nəfərdən artıq şəxs saxlanıldı

DÜNYA

28 Noyabr 2023 | 11:44

Axtarışda olan min nəfərdən artıq şəxs saxlanıldı

Türkiyənin 81 əyalətində həyata keçirilən "Çember-7" əməliyyatları nəticəsində axtarışda olan 1034 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.

Nazirin sözlərinə görə, 81 əyalətdə eyni zamanda həyata keçirilən əməliyyata 24 min 483 nəfərlik personal cəlb olunub.

Qeyd edilib ki, saxlanılan şəxslər arasında 13 nəfər qətldə, 342 nəfər oğurluqda, 239 nəfər insan yaralamada, 43 nəfər cinsi təcavüzdə, 54 nəfər qarətdə, 148 dələduzluqda, 90 nəfər narkotik alverində, 9 nəfər silahlı terror qruplaşmalarına qoşulmaqda, 2 nəfər isə FETÖ-yə üzv olmaqda ittiham olunur.

Türkiyəli nazir uğurlu əməliyyat münasibətilə müvafiq qurum və əməkdaşları təbrik edib.


SON XƏBƏRLƏR

21 Fevral 2024