• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azad edilmiş ərazilərə ilk avtobus reysləri başlayır

CƏMİYYƏT

24 Yanvar 2022 | 00:02 | Müəllif: Qalib İbrahimoğlu

Azad edilmiş ərazilərə ilk avtobus reysləri başlayır

 Bu gündən Bakı-Ağdam istiqamətində şəhərlərarası müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaşlar ziyarət məqsədli olan bu avtobus reyslərindən istifadə edərək, işğaldan azad olunmuş ərazilərə gedib orada qədim yurd yerlərimizi, 30 ilə yaxın törədilən erməni barbarlığını, qəhrəman Azərbaycan əsgərinin qazandığı Şanlı Qələbədən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görə bilərlər.

Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı (https://yolumuzqarabaga.az/) vasitəsilə həyata keçirilir.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti 9,40, Bərdə-Ağdam marşrutunun qiyməti isə 5 manatdır. Yerlər məhduddur.

Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Sərnişinlər getdikləri gün geriyə dönəcək.

“Yolumuz Qarabağa” layihəsi, Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad etdiyi ərazilərə səfərlərin təşkilini ehtiva edir. İlkin olaraq Ağdama və Şuşaya səfərləri nəzərdə tutan sistemdə, daha sonra digər işğaldan azad edilən bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026