• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yaz gəlişini tezləşdirməyə çalışır - Umayra Tağıyeva

CƏMİYYƏT

22 Fevral 2022 | 17:27 | Müəllif: Qalib İbrahimoğlu

Yaz gəlişini tezləşdirməyə çalışır - Umayra Tağıyeva

"Təqvim üzrə qış fəslinin davam etməsinə baxmayaraq, havanın mülayim keçməsi ilə yaz öz gəlişini tezləşdirməyə çalışır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə. hazırda iqlim normasından 3,3 dərəcə yüksək olan temperatur rejimi daha çox mart ayının birinci həftəsi üçün səciyyəvidir.

U.Tağıyeva bildirib ki, keçən il Su çərşənbəsində temperatur iqlim norması daxilində olub:

"Bu il isə bəzi bölgələrdə havanın temperaturu hətta 17 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Su çərşənbəsi adətən bölgələrdə çiskinli, dumanlı, yağıntılı hava şəraiti ilə səciyyələnir. Ancaq dəyişən iqlim şəraitində bütün ənənələrə “zidd” olaraq, bu il yağmursuz keçməklə daha fərqli olub. Elə buna görə də çaylarda sululuq norma göstəriciləri ilə müqayisədə 30 faizədək azdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026