• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AZAL-ın İstanbul-Bakı reysi təxirə salındı - Səbəbi MƏLUM OLDU

CƏMİYYƏT

02 Sentyabr 2023 | 10:41

AZAL-ın İstanbul-Bakı reysi təxirə salındı - Səbəbi MƏLUM OLDU

"Azərbaycan Hava Yolları" aviaşirkətinin 1 sentyabr tarixində J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.

"Azərbaycan Hava Yolları" QSC-dən Bakıvaxtı.az-a verilən məlumata görə, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq bu proses əlavə vaxt tələb edib.

Məlumata görə, reysin bu gün günorta saatlarında yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.

Yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görürük.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026