• Bakı 29° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.8479

    RUB - 0.0194

Separatçıların keçmiş “rəhbərlər”i Ermənistandadır?

CƏMİYYƏT

02 Oktyabr 2023 | 10:29

Separatçıların keçmiş “rəhbərlər”i Ermənistandadır?

Ermənilərin yaydığı məlumatlara görə, Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində bu gün Qarabağdakı separatçı rejimin üç keçmiş "prezidenti" və "hökumət üzvləri" Ermənistana keçə bilib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda teleqramın erməni seqmentinin kanalı olan @bagramyan26 informasiya yayıb. 

Bu barədə hələ ki, Azərbaycan mərkəzi hakimiyyətinin heç bir açıqlaması yoxdur. Böyük ehtimalla söhbət Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyandan, eləcə də Vitali Balasanyandan gedir. Yeni "prezident" Şahramanyan danışıqlarda pərdəarxası sima olaraq, Xankəndidə qalır.

Bu simalar Xankəndi və ətraf bölgələrin mərkəzi hakimiyyətin problemsiz nəzarəti altına keçməsi, silahlı dəstələrin tərkisilah olunması və ən əsası, Ruben Vardanyanın və daha 3 "generalın" həbs olunması prosesində Bakı ilə gizli əməkdaşılıq ediblər.

Onların yeganə xahişi Qarabağı problemsiz tərk etmək olub. /Musavat.com


SON XƏBƏRLƏR

13 Iyul 2024