• Bakı 31° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Xankəndidə erməni sakinlərlə görüş olacaq

CƏMİYYƏT

02 Oktyabr 2023 | 09:43

Xankəndidə erməni sakinlərlə görüş olacaq

Bu gün Xankəndi şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni sakinlər arasında növbəti görüş gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra sayca dördüncü görüş ola bilər.

Bundan əvvəl ilk dialoq Yevlaxda, ikincisi Xocalıda baş tutub. Üçüncü görüş sentyabrın 29-da yenidən Yevlaxda təşkil olunub.

Görüşlərdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.


SON XƏBƏRLƏR

11 Iyul 2025