• Bakı 21° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

"Azərbaycan nefti ötən il büdcə qiymətindən 10% baha satılıb" - Deputat

İQTİSADİYYAT

03 Iyun 2025 | 11:29

Azərbaycan nefti ötən il büdcə qiymətindən 10% baha satılıb - Deputat

2024-cü ildə dünyada müharibə və münaqişələrin şiddətlənməsi, geosiyasi gərginliyin davam etməsi, dünya ölkələrinin bir-birinə qarşı tətbiq etdikləri sərt maliyyə sanksiyaları və ticarət məhdudiyyətləri qlobal iqtisadi artımın səviyyəsini 3,3 faizdən 3,2 faizə kimi azaldıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi qanun layihəsinin təqdimatə zamanı deputat Azər Əmiraslanov deyib.

Qeyd edib ki, qlobal borclanmanın yüksək səviyyəsi fonunda illik inflyasiya 4,9 faiz təşkil etmişdir. 

Nəzərə çatdırıb ki, dünya iqtisadiyyatındakı neqativ konyuktur dəyişikliklərindən fərqli olaraq,  ölkəmizdə 2024-cü ilin  makroiqtisadi mənzərəsi qənaətbəxş olub və bu dövrdə ÜDM 4,1 faiz artıb. Qeyri-neft sektorunda artım isə 6,2 faiz təşkil etməklə ÜDM-da 68 faizlik paya malik olub.

İllik inflyasiya 4,9 faiz olmaqla hədəf diapazonu daxilində formalaşmış, orta illik inflyasiya isə 2,2 faiz təşkil etmişdir. 

"Xüsusi olaraq qeyd etmək istərdim ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar siyasət həm makroiqtisadi sabitliyi, həm də fiskal siyasəti dəstəkləmişdir.  Görülmüş tədbirlər milli valyutanın mübadilə məzənnəsində sabitliyi təmin edib".

Tədiyyə balansının cari əməliyyatlar hesabı 4,7 milyard dollarlıq müsbət saldoya malik olmuşdur. Beləliklə, strateji valyuta ehtiyatlarımız 71,0 milyard dollara çatmışdır. 

Təxminən ÜDM-in həcminə bərabər olan bu göstərici xarici dövlət borcunu təqribən 14 dəfə üstələyib.

2024-cü ildə “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 dollar səviyyəsində qərarlaşmışdır. Bu icra edilmiş dövlət büdcəsi üzrə əsas götürülən 75 dollardan 10,4 faiz çox olub.

"Bir sözlə, müzakirə etdiyimiz dövlət büdcəsi makroiqtisadi sabitlik şəraitində icra edilməklə yanaşı, həm də makroiqtisadi tarazlığın qorunmasına töhfə verib".

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 Iyun 2025